ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti və “Skaz Autohouse” şirkəti əməkdaşlığa başlayır

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti və “Skaz Autohouse” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Toğrul Paşayev imzalayıb.

Müqaviləyə əsasən tərəflər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat sektorunda elmi-texniki, innovativ, texnoloji yeniliklərin tətbiqi, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstək göstərilməsi, əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində Maşınqayırma və robototexnika fakültəsinin bakalavr və magistr tələbələrinin şirkətdə təcrübə keçmələri və işlə təmin olunmaları da həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.