ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində Kitabxana-İnformasiya Mərkəzi yaradılacaq

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) müasir, rəqəmsal texnologiyalarla idarə olunan, yüksək təminatlı, ənənəvi və elektron formatda fəaliyyət göstərəcək Kitabxana-İnformasiya Mərkəzi yaradılacaq.

Bu barədə Elmi şuranın növbəti onlayn iclasında qərar qəbul edilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasda rektor Vilayət Vəliyevin 2020-2021-ci tədris ilində universitetin fəaliyyəti ilə bağlı hesabatı dinlənilib və qəbul edilib, həmçinin qarşıda duran məsələlər barədə məlumat verilib.

İclasda 2021-2022-ci tədris ili üçün akademik təqvim planı və Elmi şuranın iş planı da təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.