ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində “Startap günləri” başa çatıb

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) “Startap günləri” başa çatıb. Rektor vəzifəsini icra edən Xalıq Yahudov gənclərin layihələri ilə tanış olub və onlara uğurlar arzulayıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, “Startap günləri”nin sonuncu günündə gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib.

Daha sonra komandalar biznes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlayaraq təqdim ediblər. Günün sonunda münsiflərin səsverməsi ilə 5 layihədən 3-ü bəyənilib və qalib komandalar müəyyən edilib.

Birinci yeri “Aqrostari”, ikinci yeri “Tələbə inkişaf klubu”, üçüncü yeri isə “Erkən xəbərdarlıq sistemi” komandası tutub.

Qalib komandalara diplom və hədiyyələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.