ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində birinci karyera sərgisi təşkil olunacaq

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında birinci karyera sərgisi təşkil olunacaq.

Universitetdən AZƏRTAC-a bildirilib ki, AzTU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə keçiriləcək sərgidə 70-ə yaxın şirkət və müəssisə iştirak edəcək.

Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi gələcək mühəndislərə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq şəraiti yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.