ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində gənc tədqiqatçılar arasında müsabiqə elan edilmişdir

Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə elmi cəmiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə gənc tədqiqatçılar arasında müsabiqə elan etmişdir.

AzTU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə cəmiyyət üzvlərinin elektrotexnika, informasiya-kommunikasiya texnologiyaları, metallurgiya, radiotexnika və digər sahələrdə müxtəlif problemlərin həlli ilə bağlı elmi araşdırmaları dəyərləndiriləcəkdir.

Tələbələrin elmi-texniki konfransında müsabiqəyə yekun vurulacaq, qaliblərə AzTU-nun fəxri fərmanları və xatirə hədiyyələri təqdim ediləcəkdir.

Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində universitetdə “Heydər Əliyev və respublikamızda təhsil”, “Metallurgiya sənayesinin inkişaf perspektivləri”, “Alternativ və bərpa olunan enerji mənbələri” mövzularında elmi konfransların keçirilməsi də nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.