ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində ilk dəfə onlayn “Məzun günü” keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə onlayn “Məzun günü” keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, “Məzun günü” universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirakı ilə “Zoom” proqramı üzərindən təşkil edilib.

Əvvəlcə rektor Vilayət Vəliyevin videotəbriki nümayiş olunub. Dekanlar və professor-müəllim heyəti tələbələrə təbriklərini və arzularını çatdırıblar.

Görüşdə tələbələrin “Məzun günü” münasibətilə hazırladıqları video da təqdim olunub.

Bildirilib ki, universitetin 19 əlaçı və fəal məzunu fəxri fərmanla təltif edilib.

Qeyd edək ki, bu il AzTU-nu 1643 tələbə bakalavr, 311 tələbə isə magistr dərəcəsi alaraq bitirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.