ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində ilk dəfə virtual "Açıq qapı" günü keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Şamaxı məktəbliləri üçün ilk dəfə virtual “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, görüşdə AzTU-nun əməkdaşları məktəblilərə universitetin fakültələri və ixtisasları, ikili diplom proqramları, tələbə həyatı, karyera imkanları və gənc tədqiqatçıların uğurlu layihələri haqqında məlumat veriblər. İki saat davam edən görüşdə məktəblilərin texniki ixtisaslara böyük maraq göstərdikləri müşahidə olunub.
“Açıq qapı” günləri hər həftəsonunda Bakıda və regionlarda təhsil alan XI sinif şagirdləri üçün keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:09]
Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil
- 18.04.2024 [16:03]
Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?
- 18.04.2024 [15:57]
Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir
- 18.04.2024 [15:02]