ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində mükəmməl startap ekosistemi formalaşıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən professor Xalıq Yahudov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkil etdiyi “İdeyadan biznesə” startap yarışmasında qalib gələn tələbələrlə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələri təbrik edən X.Yahudov AzTU-da mükəmməl startap ekosisteminin formalaşdığını bildirib. Diqqətə çatdırıb ki, texniki yönümdə təhsil alan tələbələrin ideyalar irəli sürməsi və bu ideyalar ətrafında birləşərək komanda formalaşdırması, həmin komandaların isə layihə tərtib edib biznes plan hazırlaması sənayemiz üçün yaxın gələcəkdə böyük impulsa çevriləcək.

Daha sonra tələbələr layihələri ilə bağlı apardıqları iş prosesi haqqında məlumat veriblər. Görüşdə növbəti mərhələyə - respublika finalına, eləcə də “Bakutel-2018” sərgisinədək görüləcək işlər müzakirə olunub.

Məlumat verilib ki, AzTU-nun “Just-Discover and live it”, “EAGLE 2” və “Miracl crystale” komandaları “Bakutel-2018” sərgisində prototiplərini nümayiş etdirəcəklər.

“Just-Discover and live it” və “EAGLE 2” komandaları isə həm də respublika finalına qatılacaqlar.

Qeyd edək ki, “Just-Discover and live it” və “EAGLE 2” komandaları Bakıda yerləşən universitetlərin komandaları arasından seçilərək 8 qalib komanda arasında yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.