ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədris edilməsi nəzərdə tutulur

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan daha 8 fənn üzrə tədris materialları hazırlanıb və müvafiq ixtisas kafedralarında müzakirə olunaraq qəbul edilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi, həmçinin risk vəziyyətlərində kompleks nəqliyyat prosesi və sistemlərinin simulyasiyası fənləri üzrə öyrənmə üsulu uğurla tətbiq edilib. Eyni zamanda, tələbələrə öyrəndikləri biliklərin tətbiqi imkanı yaradılıb, onlara müvafiq məsləhətlər verilib.

Qeyd edək ki, yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədrisi nəzərdə tutulur. 2020-2021-ci tədris ilində magistr proqramı üzrə 5 ixtisas fənninin tədrisi uğurla başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.