ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin “SABAH” qruplarının tələbələri mükafatlandırılıb

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının III kurs tələbələri Vahid Abbasov, Ehtiram Şükürov, Şahnaz Məmmədova və Sevinc Yaqubzadə “Huawei” şirkətinin keçirdiyi “Seeds for the future” STEM üzrə təlim proqramını uğurla başa vurublar.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, səkkiz gün davam edən təlimlərdə tələbələrə süni intellekt, rəqəmsal informasiya, bulud mühəndisliyi və 5G haqqında ətraflı məlumat verilib.

Təlimin bağlanış mərasimində Çinin ölkəmizdəki səfiri Qo Min və müxtəlif universitetlərin nümayəndələri iştirak ediblər.

Sonda AzTU “SABAH” qruplarının tələbələrinə mükafat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.