ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələri genişlənir

Bakı, 24 may, AZƏRTAC

Rusiya Federasiyasının Rostov şəhərində yerləşən Menecment, Biznes və Hüquq İnstitutunun direktoru və təsisçisi, professor İmran Əkbərov Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, rektor əvəzi, professor Xalıq Yahudov universitetin tarixi, beynəlxalq əlaqələri, fakültələri haqqında məlumat verib və Menecment, Biznes və Hüquq İnstitutu ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib.

Görüşdə nəqliyyat sahəsi üzrə yerinə yetirilən birgə layihələr, eyni zamanda, təhsil, müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin qarşılıqlı təşkili və s. məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Sonra əməkdaşlıq müqaviləsinin şərtləri müzakirə edilərək ilkin razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.