Azərbaycan Texniki Universitetinin komandası Ulu Öndərin doğum gününə həsr edilən intellektual yarışın qalibi olub
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU), Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, yarışda ümumilikdə 12 ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrdən ibarət komandaları iştirak edib.
Gərgin mübarizə şəraitində keçən bilik yarışında AzTU komandası birinci yeri tutub. Azərbaycan İlahiyyat İnstitutunun komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

Xəbərin mətnində orfoqrafik səhv var