ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin məzunları işlə təmin edilib

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə Sumqayıtdakı “Vəliyev” MMC-də Metallurgiya və materialşünaslıq fakültəsinin IV kurs tələbələri və məzunları üçün “Karyera günü” keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçıların ixtisas bilikləri yoxlanılıb, müəssisənin işə qəbul komissiyasının üzvləri tərəfindən müvafiq qiymətləndirilmə aparılıb. Müsahibəni uğurla keçən universitetin 4 məzunu şirkətdə işə qəbul olunub.

Qeyd edək ki, “Vəliyev” MMC 6 zavod kompleksindən ibarətdir. Burada metaltökmə, qəlib, maşınqayırma dəzgahlarının idarə olunması və plastik avadanlığın istehsalı həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.