ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin müəllimləri Karatay Universitetinin təlimlərində iştirak edirlər

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının ingilis dili müəllimləri Türkiyənin KTO Karatay Universitetinin onlayn təlimlərində iştirak edirlər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, təlimlərdə ingilis dilinin yeni metodologiyası, dilin mənimsənilməsinin nəzəri və praktiki baxımdan tətbiqi yolları, tələbələrin bilik səviyyəsini artırılması üsulları ilə bağlı məlumatlar verilir.

Qeyd edək ki, onlayn təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.