ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq elmi-texniki konfransda çıxış edib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Bayram İbrahimov Moskva Rabitə və İnformatika Texniki Universitetində onlayn keçirilən “İnformasiya cəmiyyətinin texnologiyaları” adlı ikigünlük XV beynəlxalq elmi-texniki konfransda çıxış edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, konfransın plenar iclasında Bayram İbrahimovun “Kvant texnologiyasından istifadə etməklə optik lifli rabitə xətlərinin effektivliyinin yüksəldilməsinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Konfransda kafedranın digər professorları da iştirak ediblər.