ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq simpoziumda çıxış edib

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Valeh Baxşəli Türkiyədə onlayn keçirilən VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, simpoziumda “Qədim türk əlifbasının müasir texniki imkanları” mövzusunda çıxış edən professor Azərbaycanda son 100 ildə aparılan əlifba islahatlarından danışıb. Alim əski türk əlifbasının (Orxon-Yenisey abidələrindəki yazıların) riyaziyyat, fizika və digər təbiət elmlərində müxtəlif kəmiyyətlərin işarələnməsində istifadə olunmasının perspektivləri haqqında təkliflər səsləndirib.

Məruzədə qədim türk əlifbasının tarixindən bəhs olunub. Həmçinin ermənilərin istifadə etdikləri əlifbanın bu günə kimi mövcudluğunun səbəbləri açıqlanıb. Qeyd edilib ki, dövlətçilik ənənələri və dövlətlərarası yazışmalara ehtiyacı olmayan erməni əhalisi qərb və şərq mədəniyyət məkanlarından kənarda qalıb. Bu səbəbdən də onların yalnız kilsə və məişətdə istifadə olunan lokal xarakterli əlifbaları bugünədək gəlib çıxıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışın simpoziumun məruzələr kitabında çap olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.