ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin professoru beynəlxalq simpoziumun təşkilat komitəsinə üzv seçilib

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müəllimi, professor Bayram İbrahimov Penza Dövlət Universitetində onlayn keçirilən “Etibarlılıq və keyfiyyət” adlı üçgünlük XXVI beynəlxalq simpoziumda iştirak edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Bayram İbrahimov simpoziumun “Etibarlılıq, keyfiyyət və təhlükəsizliyin sistemli əsasları” bölməsində “Çoxxidmətli telekommunikasiya şəbəkələrinin aparat-proqram kompleksinin və terminal vasitələrinin imtinaya qarşı dayanıqlığının yüksəldilməsi üsullarının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin bağlanış mərasimində bildirilib ki, AzTU-nun professoru Bayram İbrahimov növbəti üç il müddətinə beynəlxalq simpoziumun təşkilat komitəsinə üzv seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.