ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev sentyabrın 23-də birinci kurs tələbələri ilə görüşüb.

AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenicə tələbə adını qazanan gəncləri təbrik edən rektor Vilayət Vəliyev Texniki Universiteti digər ali məktəblərdən fərqli edən cəhətləri diqqətə çatdırıb. AzTU-da təcrübəli professor-müəllim heyətinin çalışdığını qeyd edən rektor tələbə-müəllim münasibətlərindən danışıb, yeni tədris ilində ciddi dəyişikliklərin gözlənildiyini bildirib. O, yaşadığımız elmi-texnoloji inqilablar dövründə müasir təhsil üsullarından istifadənin zəruriliyini vurğulayıb.

“Mən sizin dostunuz olacağam!” -deyən rektor tələbələrə hərtərəfli dəstək verəcəyini bildirib, elmi şuranın növbəti iclasında Texniki Universitetin fəaliyyəti və gələcək inkişafı üçün önəmli məsələlərin müzakirə ediləcəyini qeyd edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.