ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin şəhid olmuş məzunlarının xatirəsi anılıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Azərbaycan Texniki Universiteti (AzTU) və 20 Yanvar İctimai Birliyi tərəfindən bu ali məktəbin şəhid olmuş məzunlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına gül düzüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, prorektor İsa Xəlilov universitetin şəhid məzunlarına həsr olunmuş tədbirlərdən, filmlərdən danışıb. Bildirib ki, tələbələrdə vətənpərvərlik ruhunun aşılanması universitet rəhbərliyinin həmişə diqqətində olub.

Tədbirdə ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, ehtiyatda olan kapitan Anar Məmmədov, 20 Yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə, şəhid Müşfiq Orucovun atası Arif Orucov və digərləri çıxış ediblər.

Çıxışlarda bu mövzuda keçirilən tədbirlərin əhəmiyyətindən danışılıb, şəhidlərin xatirəsini əbədiləşdirməyin, gənc nəslə onların qəhrəmanlıqlarının örnək göstərilməsinin vacibliyi vurğulanıb.

Tədbir 20 Yanvar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhrəmanlarımızın təbliği” layihəsi çərçivəsində keçirilib. Layihə çərçivəsində tələbələr üçün “Vətən igidləri ilə tanınır” adlı kitab və buklet hazırlanıb. Kitabda qəhrəmanlarımız haqqında ətraflı məlumat yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.