ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin tələbələri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində olublar

Bakı, 13 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov və bir qrup tələbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr “Şöhrət” muzeyində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar. Burada nümayiş olunan unikal sənədlər, arxiv materialları Heydər Əliyevin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.