ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin tələbələri yüksək gərginlikli  elektrik avadanlığının diaqnostikasını aparıblar

Bakı, 23 oktyabr, AZƏRTAC 

Azərbaycan Texniki Universitetində (AzTU) elektrik mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə nəzəri biliklərlə yanaşı, praktik məşğələlər də yüksək səviyyədə tədris olunur.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin elektromexanika və elektrik avadanlığı kafedrasında tədris olunan elektrik avadanlığının diaqnostikası və kabel texnikası fənləri üzrə dərslərin tədrisi zamanı yeni tədris texnologiyalarından, xüsusilə dual tədris texnologiyalarından istifadə olunur. Ən son texnologiyalardan hesab edilən dual tədris texnologiyası ilə dərslərin aparılması nəzəri biliklərin möhkəmlənməsi ilə paralel olaraq praktik vərdişlərin də mənimsənilməsinə istiqamətlənib. Bu məqsədlə elektromexanika və elektrik avadanlığı kafedrası həmin dərsləri “Azərişıq” ASC–nin müasir sınaq və diaqnostika avadanlığı ilə təchiz olunmuş mobil elektrotexnika laboratoriyasında tədris edir.

Növbəti tədris prosesi zamanı laboratoriyadan istifadə edilməklə AzTU-nun altı kilovatlıq Transformator Məntəqəsində yüksək gərginlikli elektrik avadanlığının və kabel xətlərinin diaqnostikası aparılıb.

Qeyd edək ki, elektrik mühəndisliyi sahəsində tədrisin yüksək səviyyədə təşkili üçün AzTU ilə “Azərişıq” ASC arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, universitetin elektronika və energetika fakültəsində elektrik mühəndisliyi üzrə təhsil alan tələbələr ixtisas fənlərinin praktik dərslərini “Azərişıq” ASC-nin Tədris Mərkəzində və yüksək gərginlikli yarımstansiyalarında keçirlər. Həmin dərslərdə “Azərişıq” ASC-nin təcrübəli mühəndislərinin də iştirakı tələbələrin praktik bilikləri dərindən mənimsəmələrinə təkan verir və elektrik mühəndisliyi ixtisasını bitirən tələbələrin gələcəkdə işlə təmin olunmasına birbaşa şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.