ELM VƏ TƏHSİL


Azərbaycan Texniki və Həştərxan Dövlət universitetləri arasında əməkdaşlıq davam edir

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin Xarici dillər kafedrası və Həştərxan Dövlət Universitetinin Filologiya və jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə rus dilinin xarici dil kimi tədrisi mövzusunda onlayn görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı universitetlər arasında seminarların, mühazirələrin, vebinarların təşkili, eləcə də Rusiya Ali Attestasiya Komissiyasının nəzdində olan jurnallarda birgə nəşrlərin çapı, dərs vəsaitlərinin hazırlanması ilə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, hər iki tərəfi maraqlandıran istiqamətlərdə və müxtəlif formatlarda mütəmadi görüşlər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.