ELM VƏ TƏHSİL


Azərbaycan Texniki və Türkiyənin Kütahya Dumlupınar universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov “Erasmus+” KA1 proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində olub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Sübhan Namazov Kütahya Dumlupınar Universitetinin rektoru professor Kazım Uysal və bu ali məktəbin prorektoru professor Hasan Köçməzlə görüşüb.

Görüşlərdə faydalı əməkdaşlıq üçün birgə layihə və tədqiqatların yerinə yetirilməsi, müəllim, magistrant və doktorantların təcrübə mübadiləsində iştirakı ilə bağlı müzakirələr aparılıb. Həmçinin birgə beynəlxalq layihələrdə iştirak üçün ciddi imkanların olduğu vurğulanıb. Bundan başqa, metallurgiya, materiallar texnologiyası, mədən mühəndisliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə araşdırmaların aparılması üçün kifayət qədər imkanların olduğu müəyyən edilib.

Səfər çərçivəsində Mühəndislik fakültəsinin dekanı professor Cengiz Karagüzel, Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri professor Güray Kaya və kafedranın əməkdaşları ilə görüşlər keçirilib.

Sübhan Namazov Dumlupınar Universitetinin İrəli Texnologiyalar Mərkəzində (İLTEM) qurulmuş müasir laboratoriyalarla tanış olub, mərkəzin rəhbəri, professor Mustafa Tuncerlə birgə layihələrin yazılması ilə bağlı fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.