REGİONLAR


Azərbaycan Texnologiya Universiteti növbəti beynəlxalq layihədə iştirak etmək imkanı qazanıb

Gəncə, 29 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti (UTECA) Avropa Komissiyası tərəfindən təşkil olunan Erasmus+ KA2 layihələrindən daha birində iştirak edəcək.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Avropa Komissiyası tərəfindən maliyyələşdiriləcək “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi inkişaf: bərpaolunan enerji və iqlim dəyişikliyinin təsirinin azaldılması” – REFRESH adlı layihə 3 il müddətində həyata keçiriləcək.

REFRESH layihəsi tədris metodologiyalarını və tədris proqramlarını təkmilləşdirmək, eləcə də hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot dərslərə başlamaq üçün təlim (ToT) proqramına müəllim heyətini cəlb etməklə universitetlərdə potensialı artırmaq məqsədi daşıyır. Eyni zamanda, Virtual Öyrənmə Simulyasiyası (VLS) laboratoriyaları da yeni kurikulumun bir hissəsi olacaq. Kurikuluma edilən bu dəyişikliklər yerli ali məktəblərdə tədrisin keyfiyyətini artıracaq və Azərbaycanda “yaşıl iqtisadiyyat”ı stimullaşdıracaq. Layihənin koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetidir və konsorsiuma 5 region universiteti (Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti), Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Avropanın 4 universiteti (İsveçin Kral Texnologiya İnstitutu, Danimarka Texniki Universiteti, İtaliyanın Bolonya Universiteti və İspaniyanın Barselona Universiteti) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.