REGİONLAR


Azərbaycan Texnologiya Universitetində Məzun Günü sevinci

Gəncə, 24 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində Məzun Günü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə universitetdə “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkası da təşkil edilib.

İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinin məzunları ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da iştirak ediblər. Yarmarkada gənclərə 60-a yaxın xidmət və istehsal müəssisəsi tərəfindən 450 dən çox vakant yer təqdim edilib.

Tələbə və məzunlar təklif edilən iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.

Daha sonra “Məzun–2019” buraxılış tədbirində universitetin rektoru, professor Akif Süleymanov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qeyd edilib ki, builki 45-ci buraxılışda Azərbaycan Texnologiya Universitetini 570 məzun bitirir. Həmçinin 37 magistr da məzun olur.

Rektor gələcəyin mühəndis və texnoloqlarını təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əmin olduğunu bildirib.

Sonra təhsildə fərqlənən məzunlar mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.