ELM VƏ TƏHSİL


Azərbaycan Texnologiya Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetinin (Gəncə şəhəri) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 83 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

Universitetdə informasiya texnologiyaları, metallurgiya mühəndisliyi, mühəndis fizikası, proseslərin avtomatlaşdırılması mühəndisliyi, qida mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Tədris ocağında II ixtisas qrupu üzrə dövlət və bələdiyyə idarəetməsi, marketinq, turizm işinin təşkili ixtisasları üzrə 40 yer boş qalıb.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.