Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycan Texnologiya Universitetinin alimləri emal sənayesinin inkişafı üçün elmi yeniliklərini açıqlayıblar VİDEO

Azərbaycan Texnologiya Universitetinin alimləri emal sənayesinin inkişafı üçün elmi yeniliklərini açıqlayıblar VİDEO

Gəncə, 31 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida Məhsullarının Texnologiyası Laboratoriyasının alimləri ölkədə bir sıra emal müəssisələrinin və konserv zavodlarının daha gəlirli sahəyə çevrilməsi, istehsal olunan məhsulların isə dünya bazarında kəskin rəqabət mühitində sərbəst satışını təmin etmək məqsədilə elmi nailiyyətlərini açıqlayıb və yeni təkliflərlə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, universitetdə illərlə aparılan elmi araşdırmaların nəticəsini ATU-nun Qida Məhsullarının Texnologiyası Laboratoriyasının elmi tədqiqatçısı Ulduz Babayeva açıqlayıb.

Ulduz Babayeva bildirib ki, hazırda ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini və dayanıqlılığını təmin etmək üçün qeyri-neft sektorunun inkişafına böyük diqqət və qayğı göstərilir. Qeyri-neft sektorunun inkişafında isə əsas sahələrdən birini qida və emal sənayesi təşkil edir. Lakin ölkədəki bəzi konserv zavodları tam gücü ilə işləyə bilmir. Elmi tədqiqatçı emal müəssisələrinin qeyri-rentabelli olmasının səbəbini istehsal çeşidliliyinin olmaması və payızın sonlarında, xüsusilə də qış aylarında ölkədə meyvənin yetişməməsi ilə əlaqələndirib.

Ulduz Babayeva sahibkarların müəssisələrində xurma meyvəsinin emalına başlayacaqları halda daha böyük mənfəət götürə biləcəklərini qeyd edib. Çünki xurma meyvəsi əsasən payızın axırlarında yetişir. Onun istifadəyə yararlı olması üçün meyvəsinin tam yetişməsi lazımdır ki, bu da daha çox qış aylarına təsadüf edir. Həmin aylarda isə digər meyvələrin istehsalı, yaxud emalı ilə məşğul olunmur. Məhz qış aylarında konserv zavodları xurma meyvəsinin hesabına yenidən tam gücü ilə fəaliyyət göstərə bilər.

Bəzi statistik göstəriciləri açıqlayan Ulduz Babayeva deyib ki, ötən il Azərbaycan üzrə ümumilikdə 840 min ton meyvə istehsal olunub. Ölkə üzrə toplanan meyvənin 140 min tonunu, Gəncə-Qazax bölgəsində isə 60 min tonunu xurma meyvəsi təşkil edib. Bu gün Qərb bölgəsində, xüsusilə də Gəncə şəhərində xurma ağacı olmayan həyət tapmaq çox çətindir. Uzun illər Rusiyanın müxtəlif şəhərlərində bazarlara çıxarılan və baha qiymətə satılan bu meyvə son illərdə qışın soyuğunda qarın altında qalaraq, ya quşların yeminə çevrilir, ya da tamamilə məhv olur.

Xurma elə meyvələr qrupuna aiddir ki, onun əkilməsində, becərilməsində və yetişdirilməsində heç bir kimyəvi dərman preparatından istifadə olunmur. Xurmanın becərilməsi və yetişdirilməsi zamanı hətta ən sadə qulluğa belə ehtiyac yoxdur. Bu isə o deməkdir ki, xurma meyvəsi həm çox ucuz başa gələn, həm də yetişdirilməsində kimyəvi və dərman preparatlarından istifadə edilmədiyi üçün ekoloji cəhətdən təmiz olan məhsullar qrupuna aiddir.

ATU-nun Qida Məhsullarının Texnologiyası Laboratoriyası və kafedrasında uzun müddət xurma meyvəsi üzərində müxtəlif istiqamətdə tədqiqatlar aparılıb. Xurma meyvəsindən həm şirələr, həm də cem, pavidla istehsalında geniş istifadə olunaraq yüksək nəticələr əldə edildiyini açıqlayan Ulduz Babayeva bildirib ki, xurma bəhməzindən qida və konserv sənayesinin müxtəlif sahələrində şəkər əvəzedicisi kimi də istifadə etmək mümkündür. Şəkər əvəzinə xurma bəhməzi qatılmış istər sadə, istərsə də lətli və lətsiz şirələri, yaxud bəhməzdən hazırlanan cem və ya pavidlanı uzun zaman saxlamaq mümkündür.

Ulduz Babayeva sahibkarları ATU alimlərinin elmi tədqiqat işindən yararlanmağa çağırıb. Vurğulanıb ki, sahibkarlar elmi araşdırmaların nəticələrindən faydalanaraq, xurma bəhməzindən qida sənayesinin müxtəlif sahələrində şəkər əvəzedicisi kimi istifadə etməklə, tərkibi zəngin, ekoloji cəhətdən təmiz, uzun müddət saxlanmağa davamlı və ölkəyə valyuta gətirə bilən qiymətli məhsulun istehsalı ilə emal və qida sənayesinə böyük töhfə verə bilərlər.

Azərbaycan Texnologiya Universitetinin alimləri emal sənayesinin inkişafı üçün elmi yeniliklərini açıqlayıblar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO