CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil ocaqları arasında birinci olub

Bakı, 13 sentyabr, AZƏRTAC 

Bu il Azərbaycan Tibb Universiteti (ATU) Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil ocaqları arasında birinci olub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetə qəbul olan tələbələrdən 25-i Prezident təqaüdünə layiq görülüb.

Prezident təqaüdçülərindən 23 nəfəri Bakı Ali Neft Məktəbinə, 21 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

Bu il, ümumilikdə 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.