CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti Universal Elmi Təhsil və Tədqiqat Şəbəkəsi ilə əməkdaşlığa başlayır

Bakı, 18 may, AZƏRTAC 

Mayın 18-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycanda ilk dəfə olaraq “İmmunpatoloji xəstəliklərə dair I Beynəlxalq Elmi-Praktik Konfrans işə başlayıb. Konfrans çərçivəsində xarici ölkələrdən gələn mütəxəssislərlə ATU rəsmiləri arasında görüş keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov Tibb Universitetinin 90 ilə yaxın tarixi, mövcud təhsil sistemi, geniş maddi və texniki bazaya malik olan klinikaları haqqında qonaqlara ətraflı məlumat verib. Prorektor immunologiya sahəsində daha sıx və daimi əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və bu sahədə ilk dəfə keçirilən konfransın işinə uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycanda immunologiya sahəsindəki mövcud vəziyyət, bu sahədəki inkişaf perspektivləri, təşkil olunan seminarın qarşılıqlı əlaqələrin güclənməsinə töhfəsi və digər məsələlər müzakirə olunub. Həmçinin Azərbaycan Tibb Universiteti ilə Universal Elmi Təhsil və Tədqiqat Şəbəkəsi (UETTŞ) arasında anlaşma memorandumu imzalanıb. UETTŞ-in təsisçi prezidenti, professor Nima Rezai ATU ilə əməkdaşlığa başlanmasından məmnunluğunu ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.