CƏMİYYƏT


Azərbaycan Tibb Universitetin imtiyazlı tələbələri ödənişsiz əməliyyat olunublar

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə universitetdə təhsil alan tələbələr aprelin əvvəllərindən etibarən ödənişsiz müayinə olunurlar. Tələbələr arasında müayinə məqsədilə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edənlərin sayı daha çoxdur. Aksiyadan Qarabağ qazilərinin ailələri də yararlanıblar.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov 16 gün ərzində 595 tələbənin müayinə olunduğunu deyib: “Rektor, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə müayinə olunan tələbələr arasında Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar bu gün keçirilən aksiyada ödənişsiz əməliyyat olunublar”.

Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olması münasibətilə aprelin 26-da keçirilən aksiyada 14 tələbə əməliyyat olunub. Onlar arasında refreksiya anomaliyalı olan xəstələr, yəni miopiya, mürəkkəb miopik astiqmatizm, qarışıq astiqmatizmi olan xəstələr üstünlük təşkil edib.

Q.İsmayılovun bildirdiyinə görə, xəstələr əməliyyat olunduqdan sonra təkrar müayinədən keçiblər. Onların ən aşağı görmə qabiliyyəti 80 faiz, ən yuxarı görmə qabiliyyəti isə 100 faiz təşkil edib.

Şöbə müdiri bu aksiyanın sonuncu olmayacağını, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə də davam edəcəyini vurğulayıb.

Aksiya zamanı Qarabağ qazisi Azər Abbasəliyevin anası Əzizə Vəlişova da gözündən əməliyyat olunub. Uğurlu əməliyyata və ailə üzvünə göstərilən diqqət və qayğıya görə A.Abbasəliyev ölkə başçısı İlham Əliyevə, universitetin rektoru professor, rektor Gəray Gəraybəyliyə və universitetin Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Qurban İsmayılova dərin təşəkkürünü bildirib.

Qarabağ qazisinin anası Ə.Vəlişova əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.