CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində “Kosmetoloji Mərkəz” yaradılıb

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının plastik və estetik cərrahiyyə şöbəsi nəzdində “Kosmetoloji Mərkəz” yaradılıb. Azərbaycanda ilk dəfə olaraq bu mərkəzdə “İnmode” texnikası tətbiq olunur.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim-kosmetoloqu Nərgiz Səfərova şöbədə göstərilən xidmətlər haqqında məlumat verib.

Həkimin sözlərinə görə, şöbədə kosmetoloji mərkəzin xidmətlərinə ciddi ehtiyac olub: “Kosmetoloji mərkəzdə cərrahiyyə üsulu olmadan saç və qaş əkilməsi, xoruldamanın “Fotona” lazer aparatı ilə müalicəsi həyata keçirilir. Bundan əlavə, burada vaqinoplastika, lazerlə intim cavanlaşma, lipofilling, liposaksiya, inmode texnika, piy toxumalarının lazerlə götürülməsi, çapıqların və qoltuqaltı tərləmənin müalicəsi, genişlənmiş kapilyarların, dırnaq göbələyinin lazerlə aradan qaldırılması, bədən, üz dolğuları, saplarla əməliyyatsız üzün gərilməsi kimi prosedurlar icra olunur”.

N.Səfərova qeyd edib ki, hazırda Azərbaycanda “İnmode” texnikası yalnız Tədris Cərrahiyyə Klinikasında tətbiq olunur: “İynəli frakzional lazerdən ibarət olan bu texnikanın İstifadəsi çox rahatdır və bu avadanlıq sayəsində prosedurlardan sonra heç bir fəsad yaranmır”.

Kosmetoloji mərkəzdə prosedurlar Türkiyədə və Sloveniyada müvafiq kurslardan keçən yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.