CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Nəsimi Rayon İcra Hakimiyyəti və Tibb Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP şurasının üzvü Asif Əsgərov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Nəsimi rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi yad edilib, onun həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Tədbir daha sonra Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın rəhbərliyi ilə akademiyanın tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Bədii hissədə Ulu Öndərin xatirəsinə həsr edilmiş musiqi kompozisiyaları təqdim olunub.