CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində Ulu Öndərin 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib YENİLƏNİB

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli Ümummilli Liderin doğum gününün həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda qeyd edildiyini deyib. Rektor bildirib ki, bu tədbirlərin hər biri Azərbaycan xalqının Ulu Öndərə olan dərin minnətdarlığının rəmzidir. Bu minnətdarlıq hissi və dərin hörmət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan nailiyyətləri və xilaskarlıq missiyası ilə bağlıdır.

“Dahi liderin Azərbaycan xalqının, vətənin qarşısında əvəzsiz xidmətləri olub. Onun ikinci dəfə hakimiyyətə qayıdışı dövründə ölkəmiz çətin günlər yaşayırdı. Ulu Öndər öz müdrikliyi, uzaqgörənliyi ilə Azərbaycanda sabitliyi bərpa etdi və xalqımızın üzərindəki qara buludlar çəkildi. Ümummilli Liderin həyata keçirdiyi siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmiz inkişaf edir, dünyada sabitlik, təhlükəsizlik mərkəzi kimi tanınır. Azərbaycan dünya ölkələri sırasında xüsusi nüfuza malikdir”, - deyə G.Gəraybəyli diqqətə çatdırıb.

Rektor, həmçinin qeyd edib: “Ümummilli lider Heydər Əliyev fenomeni istər Azərbaycan, istərsə də dünya tarixində dərin bir iz qoyub. Onun dərin siyasi irsi, həyat yolu bu gün də tarixçilər tərəfindən öyrənilməkdədir. Ölkəmizdə elə bir sahə yoxdur ki, onun inkişafı Ulu Öndərin fəaliyyəti, gərgin işinin nəticəsi olmasın. Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yeri var. Ümummilli Lider deyirdi ki, “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Əminliklə demək olar ki, bu gün biz məhz həmin tarixi yaşayırıq”.

Gəray Gəraybəyli Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə digər sahələr kimi səhiyyənin inkişafına xüsusi diqqət göstərdiyini də vurğulayıb.

Sonra universitetin ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev çıxış edərək dahi liderin həyat yolu, tarixi qərarları haqqında məlumat verib, Azərbaycan xalqının tarixində baş verən əlamətdar hadisələrin əksəriyyətinin uzaqgörən siyasətçi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər.

Universitetin II müalicə profilaktika fakültəsinin tələbəsi Nərgiz Həbizadə sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətin gənclərə yönəlmiş siyasətindən danışıb.

Çıxış edənlər müdrik siyasətçinin xalqı, vətəni üçün gördüyü işlərin heç zaman unudulmayacağını diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.