CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində genetik risk faktoru yüksək olan xəstəliklə bağlı müzakirə aparılıb

Bakı, 12 yanvar, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında genetik risk faktoru yüksək olan xəstəliklə bağlı kliniki müzakirə aparılıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, müzakirə irsi sensor-motor aksonal demielinizedici polineyropatiya, autosom-resessiv forma xəstəliyi barəsində aparılıb. Bildirilib ki, bu xəstəlik genetik risk faktoru yüksək olan xəstəliklər qrupuna daxildir. Xəstəlik zamanı yerişin çətinləşməsi, tez yorulma, ayaq barmaqlarının deformasiyası hallarına rast gəlinir.

Konkret bir xəstə üzərində aparılan müzakirədə bildirilib ki, uşaq anadan hipotonik sindromla doğulub. “Qurbağa” pozası, süstlük, doğulandan sonra daimi olaraq qəbizlik halları müşahidə edilib. Uşağın yaşı artdıqca digər problemlər də ortaya çıxıb. O da qeyd edilib ki, xəstəlik zamanı əzələ distrofiyasına səbəb ola biləcək xromosom patologiyası aşkar edilməyib.

Müzakirələrin sonunda xəstəyə baxış keçirilib.

Nevrologiya kafedrasının uşaq nevroloqları tərəfindən aparılan klinik təhlildə professor-müəllim heyəti, həkimlər, rezidentlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.