CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində könüllü qanvermə aksiyası keçiriləcək

Bakı, 8 aprel, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında könüllü qanvermə aksiyası keçiriləcək.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, donor qəbulu aprelin 10-dan 20-dək olacaq. Qan qəbulu həftə içi saat 09:00-dan 14:00-a kimi, şənbə günü isə saat 12:00-a qədərdir.

Bildirilib ki, qan verənlər həm həyat xilas edə, həm də pulsuz olaraq qanın ümumi analizi, hepatit B, C, İİV, sifilis testlərindən də keçə bilərlər.

Maraqlanan şəxslərdən klinikanın Qan bankına müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.