CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində radioloqların elmi seminarı keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 8 noyabr - Dünya Radioloqlar Gününə həsr olunmuş elmi seminar keçirilib.

Klinikadan AZƏRTAC-a bildiriblər ki, seminarı giriş sözü ilə açan şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova həmkarlarını bu tarix münasibətilə təbrik edib. O, iştirakçılara radiologiya gününün tarixi barədə ətraflı məlumat verib.

M.Sultanova 1895-ci il noyabrın 8-də alman fiziki Vilhelm Rentgenin gözə görünməyən qəribə xassəli şüalar kəşf etdiyini və onların X şüaları adı ilə elmə daxil olduğunu bildirib. O, 2012-ci ildən etibarən Avropa Radiologiya Cəmiyyətinin, Amerika Radiologiya Kollecinin və Şimali Amerika Radiologiya Cəmiyyətinin birgə qərarı ilə hər il noyabrın 8-nin Dünya Radioloqlar Günü kimi qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb: “Radiologiya tibbin ən öndə gedən sahələrindən biri hesab olunur. Fəxarətlə deyə bilərəm ki, bu gün istifadə etdiyimiz müayinə üsulları xəstəlikləri molekulyar səviyyədə aşkarlamağa və bu şüaların köməyi ilə xəstəliyi ilkin mərhələdə uğurla müalicə etməyə imkan verir”.

M.Sultanova dövlətimizin tibbin digər sahələrində olduğu kimi, radiologiyaya da göstərdiyi diqqət və qayğıdan danışıb. O, gələn il bu sahə üzrə beynəlxalq konfransın keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Sonra dosent Rasim Bayramovun “Temporal sümüyün radiologiyası”, Tədris Terapevtik Klinikanın həkim-radioloqu Günel Qəmbərovanın “İnraduktal patologiya” və rezident Gültən Rəfibəylinin “Persistə edən sol yuxarı boş vena” mövzularında məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.