CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində tibbi cihazlar üzrə təlimlər keçirilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibbin ayrı-ayrı sahələri ilə yanaşı, tibbi cihazlar üzrə də mütəmadi olaraq təlimlər keçirilir. Klinikada sentyabrın 21-dən etibarən növbəti belə təlimlərə start verilib.

Tibbi cihazlar üzrə mütəxəssis Cəmil Həsənovun AZƏRTAC-a verdiyi məlumata əsasən, təlimlərdə həkim, rezident və orta tibb işçiləri iştirak edirlər.

Bildirilib ki, ilk olaraq neonatologiya şöbəsində aparılan təlimlərdə iştirakçılara “Neonatoloji nozal SPAP” cihazı haqqında ətraflı məlumat verilib və onun işləmə prosesi əyani şəkildə göstərilib: “Təlimlər zamanı cihazın təyinatı və strukturu, istifadə qaydaları tibb işçilərinə tam izah edilib. Bundan əlavə cihazın xüsusiyyətləri və imkanları barədə danışılıb, istifadə zamanı yarana biləcək əsas çətinliklərin həlli yolları müzakirə olunub”.

Cihazın hissə və detallarının sterilizasiyasının necə aparılmasından da söz açan mütəxəssis qeyd etdi ki, bu həkimlərin işi olmasa da, texniki bilgilərin zənginliyi əlavə üstünlükdür. Hansı detalın harada, hansı temperaturda sterilizasiya edilməsi gərəkdiyini hər bir həkimin bilməsi, eyni zamanda, tələb etməsi çox zəruridir.

Avadanlıqların bir-birindən fərqinə, oxşar cəhətlərinə də aydınlıq gətirən C.Həsənov rahat daşınmayan avadanlıqların neonatologiya şöbəsində körpələrin sayına görə yerləşdirilməsinin vacibliyini də vurğuladı.

Mütəxəssis bildirib ki, növbəti təlimlərin oktyabrın birindən etibarən təcili tibbi yardım və reanimasiya şöbələrində aparılması planlaşdırılır.

Qeyd edək ki, təlimlər insanları əvəz edən xüsusi stimulyatorlar üzərində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.