ELM VƏ TƏHSİL


Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edilir

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb ixtisası üzrə bu il sifariş olunmuş plan yerləri tam komplektləşdirilmədiyi üçün əlavə sənəd qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında (buraxılış+blok) iştirak edib ən azı 400 və daha çox bal toplayan, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Hərbi tibb işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 16 23 avqust (bazar günü istisna olmaqla) 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində yaradılmış komissiyaya müraciət etməlidirlər. (Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 431-39-73).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.