CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında exokardioqrafiya kursu keçirilib

Bakı, 14 may, AZƏRTAC 

Mayın 14-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında universitetin rezidentlərinin yeddinci elmi konfransı çərçivəsində exokardioqrafiya kursu keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Qalib İmanovun rəhbərlik etdiyi kursda bir sıra vacib və maraqlı mövzular ətrafında müzakirələr aparılıb, məruzələr dinlənilib.

Kurs çərçivəsində klinikanın kardioloqları Sara Bayramzadə “Exokardioqrafik müayinənin ümumi prinsipləri” və “Dopler ExoKQ və hemodinamik ölçümlər”, Muxtar Museyibov “Sol mədəciyin funksiyalarının dəyərləndirilməsi”, İsmayıl Göyüşov “Sağ mədəciyin ExoKQ dəyərləndirilməsi” və “Mitral qapaq patologiyalarının exokardioqrafik dəyərləndirilməsi”, Yasmin Rüstəmova “Kardiomiopatiyaların exokardioqrafik dəyərləndirilməsi” və “Exokardioqrafiyanın irəliləmiş texnologiyaları (strain, 3D)” və Elşən Rzayev “Anadangəlmə ürək qüsurları” mövzularında mühazirələrlə çıxış ediblər.

Qeyd edək ki, belə kurs və seminarlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbələri tərəfindən mütəmadi olaraq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.