CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin əməkdaşı bir təşkilatın iki mükafatına layiq görülüb

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin anatomiya və tibbi terminologiya kafedrasının baş müəllimi Səbinə Şadlinskaya beynəlxalq mükafata layiq görülüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, IJRULA – araşdırmaların beynəlxalq jurnalında dərc olunan elmi tədqiqatına görə ömürlük üzvlük sertifikatına layiq görülüb.

Tibb Universitetinin baş müəllimi həmin təşkilatın təsis etdiyi “İnsan anatomiyası üzrə ən yaxşı araşdırmaçı” adını da qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.