CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin əməkdaşı nüfuzlu beynəlxalq jurnalın münsiflər heyətinə üzv seçilib

Bakı, 14 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) ümumi və toksikoloji kimya kafedrasının assistenti Kəmalə Bədəlova nüfuzlu beynəlxalq jurnalın münsiflər heyətinə üzv seçilib. Bu haqda K.Bədəlovaya Beynəlxalq İncəsənət, Humanitar Elmlər, Ədəbiyyat və Elm Jurnalının baş redaktorundan təsdiq məktubu gəlib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda ATU-nun təmsilçisinin Beynəlxalq İncəsənət, Humanitar Elmlər, Ədəbiyyat və Elm Jurnalının münsiflər heyətinə üzv seçildiyi qeyd olunub. Bu vəzifədə K.Bədəlova jurnala göndərilən elmi araşdırmalara rəy verilməsi prosesində iştirak edəcək, etibarsız araşdırmaları müəyyənləşdirib, plagiat və digər problemləri üzə çıxarmaqla etik pozuntuların qarşısını almağa kömək edə biləcək.

Baş redaktor ATU-nun nümayəndəsinin jurnalın işinə töhfə verəcəyindən əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.