CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 14 və 15-də Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının əməkdaşları Türkiyədə keçirilən VIII Türkiyə tiroid xəstəlikləri konqresində iştirak ediblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının assistenti Azər Hümbətov və rezident Araz İsmayılov təmsil ediblər. Onlar Azərbaycanın endemik olan və endemik olmayan bölgələrində tiroid düyünlərinin bədxassəlilik xüsusiyyətləri və tiroid xəstəliklərinin rastgəlmə tezliyi haqqında iştirakçılara məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.