CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının treninqlərində iştirak ediblər

Bakı, 10 avqust, AZƏRTAC 

Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsinin I mərhələsi çərçivəsində “Təlimçilər üçün təlim” treninqlərinə start verilib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, treninqlərdə universitetin tədris şöbəsinin müdiri Samir Cavadov, Təhsilin keyfiyyətinin təminatı və İnnovasiya şöbəsinin müdiri Nigar Sədiyeva, kafedra əməkdaşları İlahə Rəsul, Lalə Qasımova, İlham Bayramov, Nilufər Məmmədova, Leyla Məmmədova iştirak ediblər.

Qeyd edək ki, layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlərin qarşısını almaq, hazırlıq və mübarizə imkanlarını gücləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.