CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin həkimləri növbəti mürəkkəb əməliyyatı uğurla icra ediblər

Bakı, 28 yanvar, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti mürəkkəb əməliyyatı endoskopik üsulla uğurla həyata keçiriblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatı klinikanın neyrocərrahı Fərid Qaralov və lor şöbəsinin müdiri Murad Şıxəliyev birgə icra ediblər.

Məlumata görə, 57 yaşında xəstə görmə problemləri və qandakı hormonların artması səbəbilə klinikanın neyrocərrahiyyə şöbəsinə müraciət edib. Ətraflı müayinələrdən sonra neyrocərrah Fərid Qaralov tərəfindən xəstəyə hipofiz adenoması diaqnozu qoyulub. Kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiya müayinəsindən sonra xəstənin əməliyyat olunması ilə bağlı qərar verilib.

Klinikanın lor şöbəsinin müdiri Murad Şıxəliyevin sözlərinə görə, endonozal burundan daxil olmaqla kənardan kəsik aparmadan şiş toxuması aşkar edilib: “Biz şiş toxumasına girişi yaratdıq. Əvvəllər bu əməliyyatlar açıq üsulla aparılırdı. Elə indinin özündə də bəzi neyrocərrahlar açıq üsuldan istifadə edirlər. Belə olanda, əməliyyat 3-6 saata qədər davam edir. Açıq üsulla əməliyyatın nəticəsi daha çox travmatik olur. Endoskopik üsul daha müasirdir. Burun dəliyindən daxil olmaqla daha az travmatik yolla əməliyyat icra olunur. Xəstə üzərində həyata keçirilən cərrahi müdaxilə zamanı kənardan dəlik açmadan, burundakı təbii dəlikdən giriş yaradıldıqdan sonra şiş toxuması çıxarılıb. Əməliyyat saat yarım davam edib və uğurla başa çatıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.