CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin tələbələri Qida Təhlükəsizliyi İnstitutunda istehsalat təcrübəsi keçəcəklər

Bakı, 18 fevral, AZƏRTAC

Qida təhlükəsizliyi sahəsində mütəxəssislərin formalaşdırılması və peşəkar kadrların seçilərək Qida Təhlükəsizliyi İnstitutu və onun tabeliyində fəaliyyət göstərən laboratoriyalarda işə cəlb edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bu məqsədlə Qida Təhlükəsizliyi İnstitutunda Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş keçirilib.

Görüşdə institutun bir sıra departament rəhbərləri ölkəmizdə yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, qurumun fəaliyyəti və təcrübə keçəcək tələbələrə görəcəyi işlərlə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, təcrübə müddətində onlara nəzəri biliklərini əyani şəkildə tətbiq etmək üçün geniş imkanlar yaradılacaq. Bununla yanaşı, tələbələrin təcrübə proqramına cəlb edilmələrinin onların peşəkar kadr kimi yetişmələrində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Tələbələrin peşəkar kadr kimi yetişməsi üçün Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələrinin 3 ay müddətində Qida Təhlükəsizliyi İnstitutunun struktur bölmələrində istehsalat təcrübəsi keçməsi qərara alınıb.

Görüş zamanı, həmçinin iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.