CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin tələbəsi Parisdə keçirilən konqresdə məruzə ilə çıxış edib

Bakı, 15 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsinin IV kurs tələbəsi Hafiz Həsənov Parisdə keçirilən “Global Heart Congress”də məruzə ilə çıxış edib və sertifikatla təltif olunub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konqresdə kardiologiya sahəsində olan elmi kəşflər və yeni metodlar müzakirə edilib. Toplantıda Braziliya, Yaponiya, İtaliya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Fransa, Belarus, Birləşmiş Ərəb Əmirliklərindən olan həkim və elm adamları kardiologiya sahəsinə dair yeni fikir və ideyalarını paylaşaraq müzakirələr aparıblar.

Konfrans iştirakçıları arasında gələcək elmi işlərin müştərək həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub. Konqresdə kardioreabilitasiya, kardiocərrahiyyə, kardioonkologiya, molekulyar kardiologiya, ürək çatışmazlıqları, angioqrafiya, nuklear kardiologiya mövzularını əhatə edən məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.