İDMAN


Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarına 20-ci lisenziyanı qazanıb

Bakı, 24 iyun, AZƏRTAC

Milli Paralimpiya komandasının idmançısı Şamo Aslanov “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

AZƏRTAC xəbər verir ki, Dubayda keçirilən dünya kubokunda Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Ş.Aslanov (107 kq-dan yuxarı) 223 kiloqram nəticə göstərərək yarışın gümüş medalına sahib olub.

Dubayda keçirilən dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Ş.Aslanov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Qeyd olunub ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançıları “Tokio-2020” Yay Paralimpiya Oyunlarına 20 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvondo, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.