MƏDƏNİYYƏT


Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə TÜRSAB əməkdaşlıq əlaqələrini müzakirə ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Dövlət Turizm Agentliyinin rəhbər şəxsləri ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında turizm sahəsində əməkdaşlığın təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Türkiyə ilə əməkdaşlığın Azərbaycanın turizm bazarı üçün böyük əhəmiyyət kəsb etdiyini, iki ölkənin turizm təşkilatları arasında birgə turizm fəaliyyətinin qurulmasının vacib amil olduğunu bildirib. Assosiasiya sədri daxili turizmin inkişafı və ölkəyə gələn turistlərin sayının artırılması baxımından Türkiyə ilə təcrübə mübadiləsinin aparılmasının gələcək illərdə turizm sektoru üçün müsbət nəticələr verəcəyini deyib.

Azərbaycan ilə Türkiyə arasında turizm sahəsinin inkişafına dair fəaliyyət planına uyğun olaraq birgə işlərin aparıldığını deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Agentliyin ikitərəfli əməkdaşlıq çərçivəsində həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə təşkil olunan turist səfərlərinin sayının artırılmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə çıxış edən Türkiyə Səyahət Agentlikləri Birliyinin rəhbəri Firuz Barbaros Bağlıkaya Türkiyə və Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı üçün həm dövlət, həm də turizm sənayesi təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin mühüm olduğunu bildirib. TÜRSAB rəhbəri Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının olmasının hər iki ölkənin vətəndaşları üçün rahat səfər etmək üstünlüyü yaratdığını qeyd deyib.

Görüş çərçivəsində qarşılıqlı infoturların və turizmlə bağlı birgə tədbirlərin təşkili, B2B (biznesdən-biznesə) görüşlərin keçirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.