MƏDƏNİYYƏT


Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yeni üzvlər qəbul edib

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası quruma üzv olmaq istəyən namizədlərin üzvlük müraciətlərinə baxıb.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, İdarə Heyəti tərəfindən təşkil olunan toplantıda yeni namizədlərin iş fəaliyyəti, onların Azərbaycan turizm bazarında nüfuzu, şirkətlərin müştəri məmnunluğunun səviyyəsi müzakirə edilib və rəylər dinlənilib.

Müzakirələr zamanı ilkin mərhələdə assosiasiyanın əsas götürdüyü keyfiyyət meyarlarına cavab verən 32 turizm şirkəti quruma üzv qəbul edilib.

Assosiasiyanın standartlarına cavab vermədiyi üçün 2 turizm şirkətinin üzvlüyü təmin olunmayıb.

Toplantıda, eyni zamanda qurumun Ekspertlər Şurasına üzvlər qəbul olunub.

İclasda son günlər bəzi turizm şirkətlərinin qeyri-peşəkar fəaliyyəti, bunun nəticəsində yaranan vətəndaşların narazılıqları və ortaya çıxan problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.