MƏDƏNİYYƏT


Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyyəsində fəaliyyətini genişləndirir

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tərkibində ekspertlər komissiyası yaradılıb.

AZTA-dan AZƏRTAC-a bildirilib ki, komissiyanın tərkibinə turizm və digər sənaye sahələri üzrə nüfuzlu və peşəkar mütəxəssislər cəlb olunub.

Yeni yaradılmış komissiyanın məqsədi turizm sənayesi üçün yeni hədəflərin müəyyən edilməsi və ekspert rəylərinin köməyi ilə yeni turizm imkanlarının araşdırılmasından ibarətdir.

Komissiyaya 11 nəfər daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.